Türkiyə millisinin qapıçısı azarkeşlərin söyüşlərinə görə stadiondan getdi - VİDEO

Türkiyə millisinin qapıçısı azarkeşlərin söyüşlərinə görə stadiondan getdi -  VİDEO
İDMAN
00:42 17.11.2014
4364

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Türkiyə-Qazaxıstan qarşılaşması ərəfəsində qeyri-adi hadisə yaşanıb.

Türkiyə millisinin və "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl oyun başlamadan stadionu tərk edib. Buna "Qalatasaray"ın ev oyunlarının keçirdiyi "Türk Telekom Arena"da bir qrup azarkeşin qapıçını fitə basması və təhqiramiz şüarlar səsləndirməsi səbəb olub.

Volkan Dəmirəl meydançanı tərk edərək soyunma otağına, oradan isə evə gedib. Bu hadisədən sonra baş mışqçi Fatih Terim heyətdə dəyişiklik etməli olub və Volkan Dəmirəlin yerinə meydana Volkan Babacanı çıxarıb. (musavat.com)

OXŞAR XƏBƏRLƏR