Türkiyəli futbolçu Əhməd Çalık yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
O, "Konyaspor” futbol klubunda oynayıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-17-ci illərdə "Qalatasaray” komandasının da şərəfini qoruyub. O həmçinin səkkiz dəfə Türkiyə millisinin heyətində meydana çıxıb.