Türkiyə Misirə F-16 qırıcı təyyarələri göndərəcək

Türkiyə Misirə F-16 qırıcı təyyarələri göndərəcək
DÜNYA
19:12 29.08.2024
220
Türkiyə Misirə iki F-16 qırıcı təyyarəsi göndərəcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə qırıcıları Misirdə keçiriləcək beynəlxalq aviasiya sərgisində iştirak edəcək.

Qeyd edək ki, sərgi sentyabrın 3-dən 5-dək keçiriləcək.
OXŞAR XƏBƏRLƏR