Türkiyə MN: Daha beş terrorçu təslim oldu

Türkiyə MN: Daha beş terrorçu təslim oldu
DÜNYA
13:12 07.08.2025
159
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) terrorla mübarizə ilə bağlı son məlumatları açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, daha 5 PKK terrorçusu təslim olub, son bir həftə ərzində terror təşkilatına mənsub 239 şəxs saxlanılıb.

Nazirlik eyni zamanda 10 avqust Anafartalar Zəfərinin 110-cu ildönümünü öncədən qeyd edib, Anafartalar qəhrəmanı Mustafa Kamal Atatürk başda olmaqla, bütün şəhidləri ehtiramla yad edib.
 
Açıqlamada, 61 il əvvəl Kiprdə keçirilən hava əməliyyatı zamanı əsir düşərək vəhşicəsinə işgəncə ilə şəhid edilən Türkiyə Cümhuriyyətinin ilk hava hərbi şəhidlərindən biri – Pilot Yüzbaşı Cengiz Topel və Erenköy şəhidlərinə də rəhmət və minnətdarlıq ifadə olunub.
 
Oksana
OXŞAR XƏBƏRLƏR