Türkiyə MN İspartadakı helikopter qəzası ilə bağlı açıqlama yaydı

DÜNYA
13:33 09.12.2024
144
Xəbər verdiyimiz kimi, İspartanın Keçiborlu ərazisində 5 əsgərin şəhid olduğu helikopter qəzası baş verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qəza barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
 
Verilən açıqlamada bildirilib:
 
"İspartada təlim uçuşu həyata keçirən UH-1 tipli helikopterimizdən biri qəza nəticəsində sıradan çıxıb və 5 əməkdaşımız şəhid olub. 1 əməkdaşımız isə ağır yaralanıb. Yaralımız qəzadan dərhal sonra xəstəxanaya aparılaraq müalicəyə başlanılıb. Şəhidlərimizə Allah rəhmət etsin".
 
Oksana

OXŞAR XƏBƏRLƏR