Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib

Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib
DÜNYA
23:26 26.11.2023
165

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X” səhifəsində məlumat yayıb.

Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.

Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR