Türkiyə Müdafiə Nazirliyi: “Azərbaycanla birgə təlimlər müvəffəqiyyətlə başa çatıb”

Türkiyə Müdafiə Nazirliyi: “Azərbaycanla birgə təlimlər müvəffəqiyyətlə başa çatıb”
SİYASƏT
14:52 13.02.2021
702
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə birgə təlimləri ilə bağlı növbəti video yayıb.

Nazirliyin "Twitter” səhifəsində bildirilir ki, 2021-ci il 1 fevral tarixində başlayan "Qış təlimi-2021” müvəffəqiyyətlə başa çatıb.

"Azərbaycanla birgə icra etdiyimiz təlimdə yüksək bacarıq nümayiş etdirən bütün əməkdaşlarımızı və Azərbaycan Silahlı Qüvvələrindəki qardaşlarımızı təbrik edirik”, - deyə qeyd olunur.
OXŞAR XƏBƏRLƏR