Türkiyə Müdafiə Nazirliyi: “Ermənistan dünyanın gözü qarşısında hərbi cinayət törədir”

Türkiyə Müdafiə Nazirliyi: “Ermənistan dünyanın gözü qarşısında hərbi cinayət törədir”
SİYASƏT
17:31 08.10.2020
672

Dinc sakinlərə təcavüz edərək bütün dünyanın gözü qarşısında hərbi cinayət törədən Ermənistan öz tarixinə daha bir qara ləkə əlavə edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter” səhifəsində yazılıb.

"Ermənistan işğal etdiyi Dağlıq Qarabağı dərhal boşaltmalı və törətdiyi insanlığa qarşı cinayətin bədəlini ödəməlidir!”, - paylaşımda qeyd olunub

Paylaşıma həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutmasının videosu da əlavə edilib.

OXŞAR XƏBƏRLƏR