Türkiyə müxalifəti parçalanır: İmamoğlu Kılıçdaroğlunu sərt tənqid etdi

Türkiyə müxalifəti parçalanır: İmamoğlu Kılıçdaroğlunu sərt tənqid etdi
DÜNYA
17:37 07.06.2023
231
Türkiyənin "Millət İttifaqı”nın sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu CHP-dəlo son dəyişikliklərə toxunaraq Kamal Kılıçdaroğluna açıq mesaj göndərib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mayın 28-də keçirilən 2-ci tur seçkilərində qalib gələn namizədin Rəcəb Tayyib Ərdoğan olmasından sonra "dəyişiklik” çağırışı ilə diqqət çəkən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu tələbini təkrarlayıb.

Əkrəm İmamoğlu çıxışında deyib:

"Bunun altını xüsusi vurğulayaq demək istəyirəm ki, təəssüf ki, 9 ildə 3 dəfə dalbadal seçkini uduzduq. Bu seçkidən sonra eyni şeyi edib, yolda getmək kimi səhvlərə yol verə bilmərik. Millətimiz, ölkəmiz hər şeydən öndədir. Siyasi partiyalar bir xidmət vasitəsidir. Bu mənim anlayışımdır. Dəyişiklik çox əhəmiyyətli bir anlayışdır. Keçən həftə verdiyim açıqlamada çox açıq dəyişiklik mesajı vermişdim. Hamımız bilirik ki, dəyişiklik təkcə nümayəndə heyəti və idarə heyətinin dəyişməsi ilə baş verməyəcək. Dəyişiklik ehtiyacını təkcə mən yox, cəmiyyət tələb edir. Qulağımızı tıxasaq, bunlar olmaz. Mən demokratiyanın əsgəri olmağa və hər bir anlayışa qarşı ən yüksək səviyyədə mübarizə aparmağa davam edəcəyəm. Mən də eyni yolda gedirəm”.

Kılıçdaroğlu ilə görüşündə nələrin müzakirə edildiyi sualını cavablandıran İmamoğlu deyib:

"Bütün hisslərimi və düşüncələrimi onunla bölüşdüm. Həmişə demişəm ki, ideallarım naminə hər məsələdə iştirak etməkdən çəkinməmişəm. Prosesi izləyirəm”.
 
Qeyd edək ki, Türkiyə mətbuatı Kamal Kılıçdaroğlu ilə Əkrəm İmamoğlu arasında münasibətlərin gərginləşdiyini yazıb. İddiaya görə, İmamoğlu CHP sədri olmaq niyyətindədir. 
 
Ayşən
OXŞAR XƏBƏRLƏR