Avqustin 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Nazirlər Kabinetinin iclası keçiriləcək.
Dövlət başçısının Beştəpə iqamətgahında baş tutacaq toplantıda Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan görüşünün yekunları müzakirə olunacaq.
Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi də Nazirlər Kabinetinin gündəliyində olacaq.
Qeyd olunub ki, bu razılaşmanın icrası, Türkiyənin bölgədəki rolu, Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi üçün atılacaq diplomatik addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
/Oxu.Az