Türkiyə nəhənglərini çətin günlər gözləyir

Türkiyə nəhənglərini çətin günlər gözləyir
İDMAN
12:10 15.06.2013
1318
UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı 1,5 ildir davam edən araşdırmaların nəticələrini açıqlayıblar. Amma araşdırmanın sonu Türkiyənin iki böyük klubu – “Fənərbaxça” və “Beşiktaş” üçün acı nəticələrə səbəb ola bilər. ANS PRESS-in verdiyi xəbərə görə, artıq UEFA müfəttişləri hər iki klub barədə topladıqları materialları UEFA-nın cəza orqanı olan nizam-intizam komitəsinə göndərib.Müfəttişlər “Fənərbaxça” klubunun 2 il müddətinə UEFA yarışlarından məhrum edilməsini tələb ediblər. Bundan başqa, “Fənərbaxça” prezidenti Əziz Yıldırım və bu klubun digər 4 təmsilçisinin futboldan kənarlaşdırılması istənilib.“Fənərbaxça” klubu isə iddia ilə bağlı bəyənat yayıb. Açıqlamada deyilir ki, UEFA öz qoyduğu qanunlara əməl etmir. Belə ki, qurum müfəttişlərinin nizam-intizam komitəsinə verdikləri materiallarda Türkiyə Futbol Federasiyasının araşdırmalarına deyil, məhkəmə materiallarına istinad olunub. “Fənərbaxça” klubu bunu futbol qaydalarına zidd olduğunu bəyan edib. Bəyanatda bildirilir: “Əgər onlar məhkəmənin qərarını əsas götürürlərsə, onda niyə Türkiyə ali məhkəməsinin son qərarını gözləmirlər?”.“Beşiktaş”a gəldikdə isə, bu klubun bu il UEFA yarışlarından kənarlaşdırılması və danışılmış oyunlarda adı keçən keçmiş vitse-prezidenti, hazırda “Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalı və komandanın keçmiş baş məşqçisi Tayfur Havutçunun futboldan kənarlaşdırılması tələb olunub. Oyun alqı-satqısında ittiham olunan “Beşiktaş”ın idarə heyətinin sabiq üzvü, hazirda klub prezidentliyinə namizəd olan Sərdar Adalı bu məsələyə aidiyyati olmadığını bir daha bildirib. UEFA nizam-intizam komitəsinin “Beşiktaş”la bağlı iclası iyunun 21-nə, “Fənərbaxça” ilə bağlı iclası isə iyunun 22-nə təyin olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlara yeni vəzifə verildi
15:49 24.09.2025
Onlara yeni vəzifə verildi
Azərbaycan “Abraham sazişi”nə qoşula bilər? - Politoloqdan açıqlama
15:45 24.09.2025
Azərbaycan “Abraham sazişi”nə qoşula bilər? - Politoloqdan açıqlama
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
15:26 24.09.2025
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
15:12 24.09.2025
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
Bu gün Xalq artistinin oğlunun toyudur
15:09 24.09.2025
Bu gün Xalq artistinin oğlunun toyudur
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb