"Türkiyə hər hansı bir ölkənin nüvə silahı yaratmasının əleyhinədir".
Trend-in çərşənbə günü "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziriƏhməd Davudoğlubildirib. XİN rəhbərinin sözlərinə görə, Türkiyə dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə texnologiyasının yaradılmasını dəstəkləyir. "Türkiyə İranın BAEA şərtləri çərçivəsində dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə texnologiyalarının yaratmasını dəstəkləyir", - Davudoğlu qeyd edib.







































