Türkiyə ordusu 16 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu 16 terrorçunu zərərsizləşdirib
DÜNYA
23:30 30.08.2021
1004
PKK terror təşkilatının "Pençe-Şimşek” əməliyyatı zonasında aşkarlanan daha bir neçə silahlısı Türkiyə hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Bu barədə AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular ATAK helikopterləri tərəfindən məhv edilib.

Türkiyənin Daxili İşlər Nazirliyi isə "Eren” əməliyyatında Şırnakda daha 4 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Daha əvvəl "Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə 6, "Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə isə 1 terrorçu olmaqla, ümumilikdə 7 PKK/YPG terrorçusunun məhv edildiyi bildirilib.

Bununla da son 24 saatda zərərsizləşdirilən terrorçuların sayı 16-ya çatıb.
OXŞAR XƏBƏRLƏR