Türkiyə ordusu 38 minə yaxın terrorçunu məhv edib

Türkiyə ordusu 38 minə yaxın terrorçunu məhv edib
DÜNYA
23:05 21.05.2023
240

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın şimalında 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazir bu barədə İstanbulun Pendik rayonunda keçirilən konfransda bildirib.

Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin bitməyəcəyini vurğulayan Akar "Mehmetçik terrorçuları qazdıqları çuxurlara və mağaralarına basdırmağa davam edir. 2015-ci il iyulun 24-dən indiyədək 37 860 terrorçu zərərsizləşdirilib. "Fırat Kalkan"ı əməliyyatı bölgəsində daha 6 terrorçu zərərsizləşdirilib. Terrorçu haradadırsa, hədəfimizin ora olduğu anlayışı ilə terrorla mübarizəmiz qətiyyətlə davam edir", - deyə bildirib./baku.ws 

OXŞAR XƏBƏRLƏR