Hava əməliyyatları nəticəsində İraqın şimalında 11 PKK terrorçusu, Suriyanın şimalındakı "Barış pınarı” bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq üçün təcavüz atəşi açan 4 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.
AZXEBER.COM xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
"Biz güclüyük, qərarlıyıq. 29 yanvar - 7 fevral 2025-ci il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 7-si Qara bölgəsində, 4-ü Hakurk bölgəsində olmaqla ümumilikdə 11 PKK terrorçusunun zərərsizləşdirildiyi müəyyən edilib. Türk Silahlı Qüvvələrimiz terror təşkilatlarına qarşı vətənimizə qarşı qabaqlayıcı və dağıdıcı tədbirləri davam etdirir."