Türkiyə ordusu İraqda yeni əməliyyat keçirdi - doqquz terrorçu öldürülüb

Türkiyə ordusu İraqda yeni əməliyyat keçirdi - doqquz terrorçu öldürülüb
DÜNYA
18:58 05.07.2024
192
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı "Pəncə-Kilit” bölgəsində yeni əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının doqquz üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terorrçuların ərazidəki bütün sığınacaqları dağıdılacaq, şəhidlərin qanı yerdə qalmayacaq: "Mübarizəmiz əzm və qətiyyətlə davam edəcək”.
OXŞAR XƏBƏRLƏR