Son bir həftə ərzində Türkiyə ordusunun həyata keçirdiyi terror əməliyyatlarında 252 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirib.
Qeyd olunub ki, Suriya və İraqın şimalında terror təşkilatı PKK/YPG-yə qarşı başladılan hava əməliyyatlarında ümumilikdə 229 terrorçu zərərsizləşdirilib.
Bundan əlavə, il ərzində zərərsizləşdirilən terrorçuların sayı 1640, 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların sayı isə 38 min 983 olub.