Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 9 terrorçu öldürülüb

Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 9 terrorçu öldürülüb
DÜNYA
16:05 12.01.2025
227
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" əməliyyat bölgələrində isə PKK-nın daha altı üzvü zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR