Türkiyə ordusu Suriyada daha 11 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyada daha 11 terrorçunu məhv etdi
DÜNYA
19:56 20.08.2022
312
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindəki birlikləri tərəfindən "Fərat qalxanı” aniterror əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terror təşkilatlarına ağır zərbə vurulub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatlarının 11 üzvü zərərsizləşdirilib.

Zərərsizləşdirilən şəxslərin bölgədəki sabitliyi pozmaq məqsədilə terror aktı planlaşdırdıqları müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR