Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Diyarbəkir əyalətinin Lice rayonunda baş verib. Məlumata görə, əsgərlər terrorçular tərəfindən atəşə tutulub.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başlayıb.