Türkiyə Pakistanda törədilən bombalı terror aktını pisləyib

Türkiyə Pakistanda törədilən bombalı terror aktını pisləyib
DÜNYA
15:06 31.07.2023
165
Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Xayber-Paxtunxva əyalətində hakim koalisiya partiyası olan İslam Alimləri Assambleyasının qurultayını hədəf alan bombalı hücumu pisləyib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, nazirlik açıqlamasında dost və qardaş Pakistanın şimal-qərbində siyasi mitinq zamanı baş verən partlayışda çox sayda insanın həyatını itirməsindən dərin kədər hissi keçirdiyini bildirib. 

Hücumda həyatını itirənlərə, onların yaxınlarına, başsağlığı verilib. Türkiyənın terrorla mübarizədə dost və qardaş Pakistanın yanında olmağa davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresi zamanı törədilən terror aktı nəticəsində azı 35 nəfər ölüb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR