Bu gün Türkiyə Böyük Millət Məclisində 28-ci qanunvericilik dövrü başlayır.
AZXEBER.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dövlət Baxçalının sədrliyi ilə keçiriləcək iclasda millət vəkilləri and içəcəklər. Andiçmə mərasimini Rəcəb Tayyib Ərdoğan da onun üçün ayrılmış lojadan izləyəcək.
Millət vəkili kürsüdən Konstitusiyadakı and mətnini ucadan oxuyacaq. Onlar öz seçki dairələri, soyadları və adları üzrə and içəcəklər. Beləliklə, millət vəkilləri rəsmi olaraq vəzifələrinə başlayacaqlar. Hər hansı səbəbdən ilk iclasda iştirak edə bilməyən millət vəkilləri daha sonra and içə biləcəklər.
3 iyun tarixində isə növbəti dəfə Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək.
Şəbnəm Zahir