Türkiyəli millət vəkili ATƏT-in Minsk qrupunun buraxılmasını təklif etdi

Türkiyəli millət vəkili ATƏT-in Minsk qrupunun buraxılmasını təklif etdi
DÜNYA
11:40 29.09.2020
923

Türkiyə Dağlıq Qarabağdakı vəziyyətin həlli mexanizminə daxil edilməlidir, bu, ATƏT-in Minsk qrupunun hazırkı tərkibindən daha faydalı olardı.

Bunu Türkiyə parlamentinin millət vəkili Öztürk Yılmaz "RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu heç bir funksiya yerinə yetirmir və ləğv edilməlidir.

"ATƏT-in Minsk qrupunu hansı mexanizm əvəz edə bilər - bunun müzakirə edilməsinə dəyər. Ancaq Türkiyənin iştirakı ilə istənilən mexanizm Türkiyəsiz bir mexanizmdən daha faydalı olardı”, - deyə o, sözlərini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR