Futbol üzrə 2012-ci il Avropa çempionatının “pley-off” mərhələsinin püşkü atılıb.
Səpələnməmiş komandalar sırasında yer alan Türkiyə yığmasına Xorvatiya rəqib olub.
İrlandiya Estoniyanı, Çexiya Çernoqoriyanı, Portuqaliya isə Bosniya və Herseqovinanı sınağa çəkəcək. İlk oyunlar 11-12 noyabrda, cavab görüşləri isə 15 noyabrda olacaq.