Türkiyə Prezidenti: "Aİ-nin ölkəmizə qarşı qərəzli münasibətində heç bir dəyişiklik olmayıb"

Türkiyə Prezidenti: "Aİ-nin ölkəmizə qarşı qərəzli münasibətində heç bir dəyişiklik olmayıb"
DÜNYA
19:07 01.10.2023
179
Avropa İttifaqının ölkəmizə qarşı ədalətsiz, qərəzli münasibətində heç bir dəyişiklik olmayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz Avropa İttifaqına verdiyimiz sözlərə əməl etdik. Amma onlar heç birini etmədilər. Kağız üzərində irəli sürdükləri qaydalara məhəl qoymayan yanaşma ilə ölkəmizə qarşı haqsızlıq edirlər. Aİ-dən heç bir gözləntimiz yoxdur. Əgər onlar bizə qarşı üstüörtülü sanksiya kimi istifadə etdikləri viza tətbiqini geri qaytarsalar, öz səhvlərini düzəldəcəklər. Bunu etməsələr, siyasi, sosial, iqtisadi və hərbi baxımdan bizdən nə isə gözləmək hüququnu tamamilə itirirlər", - Türkiyə lideri bildirib.
OXŞAR XƏBƏRLƏR