Türkiyə Prezidenti: "Dövlət Baxçalı TBMM-ə müvəqqəti sədrlik edəcək"

Türkiyə Prezidenti: "Dövlət Baxçalı TBMM-ə müvəqqəti sədrlik edəcək"
DÜNYA
22:42 16.05.2023
239
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinə müvəqqəti sədrlik edəcək.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"nin ortaq yayımında deyib.

"Dövlət müvəqqəti Məclisin sədri olacaq, biz onunla bu prosesi keçmişik. Onun haqqıdır", - Ərdoğan qeyd edib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament seçkiləri keçirilib. Yekun nəticələrə əsasən, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51 deputat yeri əldə edib.
OXŞAR XƏBƏRLƏR