Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.
Bu barədə İsrail XİN başçısının tviter səhifəsində bildirilib.
Məlumata görə, görüşdə Qəzza zolağında vəziyyət, HƏMAS-ın əlində olan İsrail əsgərinin meyitinin qaytarılması və İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, Eli Kohen Türkiyədə baş verən zəlzələnin nəticələrinn aradan qaldırması çərçivəsində Türkiyəyə səfər edib.