Türkiyə prezidenti seçkilərində yeni rekord qeydə alındı

Türkiyə prezidenti seçkilərində yeni rekord qeydə alındı
DÜNYA
12:03 25.05.2023
247
Türkiyədə Prezident seçkilərinin ikinci turu üçün xaricdə və gömrükdə verilən səslərin sayı birinci turda verilən səsləri üstələyib. 

AZXEBER.COM xəbər verir ki, xaricdə səsvermə prosesi başa çatsa da, gömrükdə səsvermə prosesi davam edir.

Xarici ölkələrin seçki reyestrində qeydə alınmış seçicilərin xarici nümayəndəliklərdə səsvermə prosesi başa çatıb. Gömrükdə səsvermə prosesi 28 may saat 17:00-a qədər davam edəcək.

Ali Seçki Qurumundan (YSK) daxil olan məlumata görə, xarici nümayəndəliklərdə səs verən seçicilərin sayı 1 milyon 783 min 107 nəfər olub. Bu gün saat 10:00-a olan məlumata görə, gömrükdə verilən səslərlə ümumi sayı 1 milyon 895 min 430 nəfərdir.

Ayşən
OXŞAR XƏBƏRLƏR