Türkiyə Prezidenti: Ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik

Türkiyə Prezidenti: Ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik
SİYASƏT
22:03 15.06.2021
524
"Qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik. Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatik boru kəməri layihəsi – TAP-ın tamamlanması ilə ölkəmiz ərazisindən keçən Azərbaycan təbii qazı Avropa bazarındakı yerini almışdır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Türkiyənin dövlət başçısı deyib:

"Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə "bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik.

Bir az əvvəl qardaşımın ifadə etdiyi kimi, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. On bir A4 səhifəsindən ibarət bu Bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.

Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, İnşallah, baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə həyata keçirəcəyimiz fəaliyyətlərin daha sürətli və səmərəli şəkildə icra olunmasını da təmin edəcəyik.

Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir.

Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Təbii ki, bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk. Bir az əvvəl "Baykar” şirkətinin baş direktoru Haluk bəyə qardaşım "Qarabağ” ordeni təqdim etdi. Mən də ailə adından ona xüsusilə təşəkkür edirəm. Təbii ki, pilotsuz uçuş aparatları burada ciddi işlər gördü. Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.

Bu düşüncələrlə cənab Prezident Əliyevə mənə və nümayəndə heyətimə göstərdiyi yüksək qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Toplantımızda qəbul etdiyimiz qərarların xeyirli olmasını arzu edirəm. Hamınızı sevgi və hörmətlə salamlayıram. Sağlıqla qalın".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
08:52 10.10.2026
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
08:45 10.10.2026
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
08:40 10.10.2026
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
08:35 10.10.2026
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
08:30 10.10.2026
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
08:23 10.10.2026
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
06:33 10.10.2026
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır