Orta Asiya ölkələrinin müdafiə sənayesi sahəsindəki ehtiyaclarına uyğun olaraq, türk şirkətlərinin istehsal etdiyi PUA-lara marağı artıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin müdafiə sənayesində qısa müddətdə atdığı böyük addımlar sayəsində istehsal olunan məhsullar dünya səviyyəsində tanınıb.
Xüsusilə İHA və PUA sahəsində türk şirkətlərinin uğurlu çıxışı bir çox ölkənin diqqətini çəkir. Mərkəzi Asiya ölkələrindən İHA və PUA-lara maraq artıb. Orta Asiya ölkələrində də Türkiyə istehsalı olan İHA və SİHA-lara tələbat var.
Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan bu ölkələr sırasındadır.
Belə görünür ki, bu ölkələrin əhəmiyyətli bir hissəsi pilotsuz uçuş aparatları almaq üçün getdikcə daha çox Türkiyəyə üz tutur.
Ayşən