Türkiyə 'Qalatasaray'ın məğlubiyyətinə AZTV-dən baxdı

Türkiyə
15:22 04.04.2013
2343

Azərbaycan Dövlət Televiziyası (AzTV) “Real-Madrid” – “Qalatasaray” matçını canlı yayımlamaqla türkiyəli azarkeşləri məmnun edib.

AZXEBER.COM haberler.com portalına istinadən xəbər verir ki, türkiyəli azarkeşlərin əksəriyyəti çərşənbə gecəsi keçirilən “Real-Madrid” – “Qalatasaray” oyununu məhz AzTV vasitəsi ilə izləyə bilib.Məlumata görə, sözügedən futbol matçı Türkiyədə ödənişli “Smart Sport” telekanalı ilə yayımlandığından, qardaş ölkənin azarkeşləri həmin oyunu məhz AzTV efirindən pulsuz izləmək imkanı qazanıblar.

OXŞAR XƏBƏRLƏR