Türkiyə Qəzzaya daha 178 tır humanitar yardım göndərdi

Türkiyə Qəzzaya daha 178 tır humanitar yardım göndərdi
DÜNYA
13:43 08.08.2025
183
Türkiyə Qəzzaya yardım məqsədilə 178 tır humanitar yardım göndərib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu AFAD sədri Əli Həmzə Pehlivan mətbuat konfransında açıqlayıb.
 
O bildirib ki, son 11 gündə 178 türk humanitar yardım maşınının Əl-Arişdən Qəzzaya keçib və 500 yük maşınlıq yardım karvanının anbarlarda gözləmə vəziyyətindədir.

Pehlivan qeyd edib ki, AFAD-ın öz imkanları ilə edilən yardımlarla yanaşı, Səhiyyə Nazirliyi, Türk Qızıl Aypara Cəmiyyəti, milli QHT-lər və əlaqədar təşkilatlar tərəfindən verilən humanitar yardımları da bölgəyə çatdırır, bu yardımları təyyarə və gəmi reysləri ilə icra edir.
  
"Rəfah Sərhəd Qapısındakı AFAD əməkdaşlarımız bu ləvazimatları Qəzzaya çatdırmaq üçün gərgin, səbirli və məşəqqətli işləri davam etdirir. Yardımların əksəriyyətini un, dərman, qida və süd məhsulları təşkil edir" - deyə AFAD sədri bildirib.
   
Pehlivan qeyd edib ki, indiyədək Qəzzaya göndərilən 101 min 271 ton yardımın içərisində 8 səhra xəstəxanası, 53 təcili yardım maşını, xilasetmə maşını, 1451 generator, 351 xilasetmə konteyneri, 245 ton tibbi ləvazimat, 3 səyyar mətbəx maşını, 25 min 729 ton ərzaq ehtiyatı, 6 ton un, içməli su, 550 ton təmizlik ləvazimatları, 281 min gigiyena dəsti, 25 min 180 çadır, 113 min 608 ədyal, 19 mindən çox yataq kisəsi, 151 min sığınacaq materialı, 469 mindən çox uşaq geyimi, 100-dən çox uşaq geyimi, 100-dən çox dəst-xətt olub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR