Türkiyə Qəzzaya yardım göndərəcək?

Türkiyə Qəzzaya yardım göndərəcək?
DÜNYA
14:26 12.10.2023
249
Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Türkiyə Qəzzaya humanitar yardım göstərməyə hazırdır, lakin indiki şəraitdə yardım göstərmək çətindir.

AZXEBER.COM xəbər verir ki, İngiltərə xəbər agentliyi "Reuters” Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisinə istinadən bu barədə məlumat yayıb.

"Reuters”in məlumatına görə, rəsmi jurnalistlərə açıqlamasında deyib: "Orada vəziyyət mürəkkəbdir, indiki şəraitdə kömək olmaq çox çətindir. Biz bunun üçün hazırlıq gördük, Türkiyə Silahlı Qüvvələri prezidentin verəcəyi qərarlara uyğun olaraq yardımların çatdırılması ilə bağlı verilən tapşırıqları yerinə yetirməyə hazırdır”.

Ayşən
OXŞAR XƏBƏRLƏR