Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
DÜNYA
02:32 27.07.2026
159
Türkiyənin F-16 qırıcı təyyarələri avqust-noyabr ayları arasında Baltikyanı ölkələr üzərində 24 saat döyüş hazırlığı vəziyyətində olacaq.
AZXEBER.COMxəbər verir ki, təyyarələr Estoniyadakı Əmari Hava Bazasında yerləşdiriləcək.
Kontingentə beş F-16 və 181-ci Reaktiv Eskadrilyadan 76 nəfər daxil olacaq. Qırıcı təyyarələr 24 saat döyüş hazırlığı vəziyyətində olacaq və hava məkanının pozulmasına və naməlum hədəflərə cavab verəcək.