Türkiyə rəsmisi Suriya əməliyyatı ilə bağlı qərarın veriləcəyini açıqlayıb.
AZXEBER.COM "Reuters”ə istinadən xəbər verir ki, "Reuters” xəbər agentliyinə danışan Türkiyə rəsmiləri Nazirlər Kabinetinin bu gün baş tutacaq iclasında Suriyada quru əməliyyatına başlamaq qərarının verilə biləcəyini açıqlayıb.
"Türkiyə ordusu quru əməliyyatından bir neçə gün əvvəl hazır olacaq. Bu qərar Nazirlər Kabinetinin bugünkü iclasında qəbul edilə bilər. Əməliyyatın başlaması çox çəkməyəcək. Hər şey prezident Ərdoğanın göstərişlərindən asılıdır”, - deyə adının açıqlanmasını istəməyən məmur deyib.
Ayşən