Türkiyə Rinoloqlarının 17-ci Beynəlxalq Konfransı baş tutdu - FOTOLAR

Türkiyə Rinoloqlarının 17-ci Beynəlxalq Konfransı baş tutdu - FOTOLAR
SOSİAL
12:30 21.05.2023
512
Türkiyə Rinoloqlarının 17-ci Beynəlxalq Konfransı baş tutub, Məzahir Quliyev konfransda çıxış edib.

AZXEBER.COM xəbər verir ki, 17-20 may tarixlərində Türk Rinologiya Dərnəyinin təşəbbüsü ilə Türkiyə Rinoloqlarının 17-ci Beynəlxalq Konfrası keçirilib.

Konfransda tibb üzrə fəlsəfə doktoru həkim otorinolarinqoloq Məzahir Quliyev də iştirak edib.

Həkim otorinolarinqoloq Beynəlxalq Konfransda geniş məruzə ilə çıxış edərək, özünün təcrübəsini, bilik və bacarıqlarını konfrans iştitakçıları ilə bölüşüb. 

Məzahir Quliyev çıxışı zamanı otorinolarinqologiya sahəsində ola yeniliklərdən, onun ölkəmizdə tətbiqindən və inkişafından da söz açıb. Həkim otorinolarinqoloqun geniş məruzəsi məsləkdaşları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Rinologiyası tarixində  ilk dəfə olaraq, 2-3 iyun tarixlərində Azərbaycan Rinoloqlarının I Beynəlxalq Konqresi keçiriləcək.

Konqres tibb üzrə fəlsəfə doktoru həkim otorinolarinqoloq Məzahir Quliyevin təşəbbüsü ilə həyata keçiriləcək.

Konqresin əsas məqsədi Otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafina, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir. 

Konqresin elmi proqramının birinci günü Rinologiyanın müxtəlif problemlərinə həsr olunmuş panel və məruzələrdən, ikinci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən ibarət olacaq. 

Həm Azərbaycanın təcrübəli həkimləri, həm də Türkiyənin məhşur universitet və klinikalarında tədris, kurs verən professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək bu möhtəşəm konqresdə cərrah mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını, iştirakçılarla bölüşəcək. 

Həmçinin Türkiyədən dəvət olunan məşhur türk hocaları tərəfindən cərrahiyyə əməliyyatları (həm qapalı, həm də açıq) həyata keçiriləcək. Konqresdə iştirak edənlər cərrahhiyyə prosesini canlı formada izləmə şansı əldə edəcəklər.













OXŞAR XƏBƏRLƏR