Türkiyə Rusiya, Azərbaycan və İranla qaz müqavilələrini uzatmaq niyyətindədir

İQTİSADİYYAT
23:08 26.07.2022
397
Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz "Haber Global" telekanalının efirində deyib.

"Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Bununla da enerji ehtiyaclarımızı ödəməyə çalışırıq", - nazir bildirib.
OXŞAR XƏBƏRLƏR