Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: Ermənistan Qarabağda atəşkəsi 258 dəfə pozub

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: Ermənistan Qarabağda atəşkəsi 258 dəfə pozub
SOSİAL
13:03 22.09.2023
124
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Qarabağda Ermənistan tərəfindən 258 atəşkəs pozuntusu aşkar edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi iki il ərzində Ermənistan tərəfindən Qarabağda 258 atəşkəs pozulduğunu müəyyən edib.

Qeyd olunub ki, mərkəz pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə müşahidələr həyata keçirir, atəşkəsin pozulması faktlarını qeydə alır. Həmçinin həmin faktlar sənədləşdirilir.

Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir.

Gülay
OXŞAR XƏBƏRLƏR