“Türkiyə-Rusiya münasibətlərində böyük reallaşdırılmamış potensial var” - Putinin müavini

“Türkiyə-Rusiya münasibətlərində böyük reallaşdırılmamış potensial var” - Putinin müavini
DÜNYA
16:16 16.06.2023
239
Rusiya Prezidenti Vladimir Putinin müavini Maksim Oreşkin Türkiyə-Rusiya münasibətlərinin hansı səviyyədə olduğu ilə bağlı açıqlama verib. 

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Vladimir Putinin müavini Maksim Oreşkin Türkiyə ilə bir çox sahədə mühüm layihələrin və araşdırmaların aparıldığını ifadə edib.
 
O söyləyib ki, iki ölkənin münasibətlərində gələcək üçün hələ reallaşdırılmamış böyük potensial var.

Türkiyə ilə Rusiya arasında mühüm işlərin aparıldığını bildirən Oreşkin bir çox sahədə böyük işlərin görüldüyünü vurğulayıb. Nüvə enerjisi kimi bir çox sahədə intensiv işlərin davam etdiyini qeyd edib:

"Rusiya ilə Türkiyə arasında qarşılıqlı fəaliyyətdə mövcud olan bütün imkanların reallaşması üçün görüləsi çox iş var. Biz bunu reallaşdırmağa çalışacağıq. Həm Putinin, həm də prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə iradəsi var. Tez-tez keçirilən görüşlər, məsələlərlə bağlı məsləhətləşmələr bunu göstərir.  Mən həmkarlarımla bu istiqamətdə işləyirəm. Gələcək üçün hələ reallaşdırılmamış böyük potensial var”.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR