Türkiyə sahillərində naməlum PUA aşkarlanıb: Liman bağlandı

Türkiyə sahillərində naməlum PUA aşkarlanıb: Liman bağlandı
DÜNYA
16:59 30.08.2026
158
Türkiyənin Qara dəniz sahilində yerləşən Zonquldak vilayəti yaxınlığında dənizdə pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

İHA agentliyi xəbər verir ki, dronun mənsubiyyəti hələlik məlum deyil.

Məlumata görə, Alaplı limanı yaxınlığında dənizdə PUA-nı balıqçılar görüb və bu barədə yerli hakimiyyət orqanlarına məlumat veriblər. Hadisə yerinə operativ şəkildə sahil mühafizə qüvvələri cəlb olunub.

Dron təhlükəsiz şəkildə zərərsizləşdirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində liman ərazisi bağlanıb.

Son zamanlar Türkiyənin Qara dəniz sahilində yerləşən vilayətlərində dəfələrlə PUA qalıqları, o cümlədən partlayıcı maddə ilə təchiz edilmiş aparatlar aşkarlanıb.

///oxu.az///
OXŞAR XƏBƏRLƏR