Türkiyə sandıq başında: Xalq Erdoğana hə deyəcəkmi?

Türkiyə sandıq başında: Xalq Erdoğana hə deyəcəkmi?
DÜNYA
12:00 30.03.2014
1305
Təxminən 10 ildir ki, Türkiyənin mübahisəsiz lideri kimi qiymətləndrilən, amma son 1 ildə Gəzi parkı hadisələrindən sonra sabahkı seçkilər baş nazir Rəcəb Tayyib Ərdoğan və partiyası üçün böyük sınaq olacaq. Gəzi parkı etirazlarından sonra 17 dekabrda həyata keçirilən “yolsuzluq” əməliyyatı, ardınca gizli səs yazılarının yayılması, bütün bunlar əhalinin Ərdoğan hökumətinə nə qədər etibar etdiyini göstərəcək.Bu seçkilərdə qalib gəlmək Ədalət və İnkişaf Partiyası uçun həm də ona görə vacibdir ki, nətiəcələr bu ilin avqustunda ölkədə keçiriləcək prezident seçkilərindəki qalibiyyət üçün gedilən yol olacaq. Osmanlı İmperiyasından sonra Türkiyədə xalq ilk dəfə prezidentini seçəcək. Türkiyədəki siyasi şərhçilər hesab edirlər ki, bələdiyyə seçkilərində qalib gələn partiyanı prezident seçkilərinin qalibi də saymaq olar. Düzdür, seçkilərdə 26 siyasi partiya iştirak etsə də, əsas mübarizə hakim Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat Partiyaları arasında gedir. Siyasi şərhçilər hesab edirlər ki, hər gün bir sürprizlə qarşılaşan Türkiyədə bu günlərdə dövlətin güc strukturları tərəfindən Suriya məsələsinin müzakirəsinin 'YouTube' video şəbəkəsində yayımlanmasının ölkəyə ciddi zərbə vurmaqla yanaşı, hakim partiyanın nüfuzuna da ciddi xələl gətirə biləcək hadisədir. Bu hadisələr nəticəsində AKP özünün xeyli seçicisini itirib.Baş nazirin yürütdüyü seçki kampaniyasına nəzər yetirdikdə gərginliyi, qütbləşməni geridə qoyaraq seçicilərini birləşdirməyə yönəlmiş kampaniya apardığını görürük. Buna görə də çox sərt, təhqirlərlə dolu bir mitinqli kampaniya var. Bu isə AKP-də bir kilitlənmə olduğunu göstərir. Bu isə sözsüz ki, nəticələrə təsir edəcək. Müxalifətin seçki kampaniyasında isə iqtidarın seçicilərini onlara səs verməyə çağıran bir kampaniya var. Bunlar isə hökumətin səs faizlərinə təsir edəcək. Bəzi türk siyasi şərhçiləri isə hesab edir ki, hakim partiyasının artıq 12 ildir ki, rəhbərlikdə olması digər siyasi qüvvələrin AKP ilə müqayisədə zəif olduğuna bir sübutdur. Ölkədə bir-birini ardınca baş verən sürprizlərə baxmayaraq hakim partiyanın qalib gələcəyi şübhəsizdir.Bütün baş verənlərə qarşı xalqda inamsızlıq var. AKP 47 % və daha çox səs qazana bilər. Ötən bələdiyyə seçkilərində AKP 38 % səs qazanmışdı. Bu seçkilərdə isə daha artıq olacağı gözlənilir. Çünki həqiqətən də xalqın etibarını qazanıb, Türkiyəyə sabitlik gətirib, bir çox layihələr həyata keçirdiyinə görə də insanların buna etimadı azalmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO