Türkiyə səfiri: "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür"

SİYASƏT
18:07 28.10.2020
363

"Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altındakı Qurtuluş Müharibəsində qazandığımız böyük zəfəri taclandıran Cümhuriyyətin quruluşunun 97-ci ildönümünü böyük coşqu ilə qeyd edirik”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

"100 il öncə Qurtuluş Müharibəsində Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlib. O dönəmdə ölkəsini tərk etmək məcburiyyəti ilə üz-üzə qalan azərbaycanlı ziyalılar da Türkiyəni vətəni olaraq görüb, cümhuriyyətimizin quruluşuna önəmli töhfələr veriblər. Bu gün də Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün böyük mübarizə aparır. Cümhuriyyətin nailiyyətləri nəticəsində dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizədə can Azərbaycanın yanındadır. Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldıqları yurdlarına, yuvalarına geri dönməsi üçün döyünür, əldə edilən hər zəfəri sevinc göz yaşları ilə qarşılayırıq. Bu böyük ildönümündə Cümhuriyyətimizi bizə ərməğan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyənin və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi, rifahı və firavanlığı uğrunda həyatını fəda edən bütün şəhidlərimizi, Cümhuriyyətimizə xidməti keçənləri rəhmət və şükranla anırıq. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı! Yaşasın Cümhuriyyət!”, - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:15 02.12.2020

Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”

20:08 02.12.2020

Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi

19:59 02.12.2020

Ədliyyə naziri xarici həmkarlarına müraciət ünvanladı

19:44 02.12.2020

Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşdü - FOTO

19:35 02.12.2020

Emin Hacıyev: “Laçının işğaldan azad olunması Azərbaycanın tarixi Qələbəsinin təsdiqidir”

19:30 02.12.2020

Rusiyalı politoloq: "Laçının qaytarılması Azərbaycanın həm də siyasi nailiyyətidir"

19:14 02.12.2020

Maradonanın son mesajı yayımlandı

19:03 02.12.2020

Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi

18:53 02.12.2020

İranda ötən sutka 362 nəfər koronavirusdan öldü

18:41 02.12.2020

İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın xüsusi sessiyasının gündəliyi açıqlandı

18:26 02.12.2020

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var - VİDEO

18:15 02.12.2020

Paşinyan geri çəkildi, Ermənistanda bir sıra qadağalar aradan qaldırıldı

17:45 02.12.2020

Azərbaycan əsgəri erməniyə: "Mənə qardaş demə” - VİDEO

17:20 02.12.2020

DTX livanlı muzdlu-terrorçunu məsuliyyətə cəlb etdi, görüntülərini yaydı - VİDEO

17:13 02.12.2020

Azərbaycanda şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi - RƏSMİ

17:11 02.12.2020

“AccessBank”da yeni İcraçı Direktorlar təyin edildi