Türkiyə səfiri şəhid olan Azərbaycan əsgərlərinin ailələrinə başsağlığı verdi

Türkiyə səfiri şəhid olan Azərbaycan əsgərlərinin ailələrinə başsağlığı verdi
SİYASƏT
16:53 01.08.2014
1129
Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.
AZXEBER.COM-un məlumatına görə, diplomat bu barədə özünün “Twitter” səhifəsində yazıb.
“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”, - deyə diplomat qeyd edib.
Xatırladaq ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər, atışmalar nəticəsində Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub, 4 nəfər ağır yaralanıb.
OXŞAR XƏBƏRLƏR