Türkiyənin Bakıdakı səfirliyi Cəbrayıl şəhərində baş vermiş mina hadisəsi nəticəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşının həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
Bu barədə səfirliyin "X" hesabında yazılıb.
"Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, - o vurğulayıb.