Türkiyə Silahlı Qüvvələri bu il 1351 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri bu il 1351 terrorçunu məhv edib
DÜNYA
18:09 29.09.2023
323
"Suriyada sabitliyin ən yaxın gələcəkdə təmin olunması üçün fəaliyyətimizi davam etdiririk”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) bildirilib.

Qeyd olunub ki, əməliyyat ərazilərindəki təhlükəsizliyin təmin olunmasından ötrü də lazımi tədbirlər görülür: "Bu ilin əvvəlindən etibarən terrorçular mövqelərimizə 342 dəfə hücum etmiş və ya təxribata cəhd göstərmişdilər. Bu hücumlara adekvat cavab verilib. Nəticədə il ərzində 1351 terrorçu məhv edilib. Onlardan 80-i son 1 həftə ərzində zərərsizləşdirilib”.

Gülay
OXŞAR XƏBƏRLƏR