xari

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

DÜNYA
20:01 19.04.2021
285
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı məhv edilib.

AZXEBER.COM xəbər verir ki, məlumat Türkiyə Silahlı Qüvvələrinin tvitter səhifəsində yayılıb.

Bildirilib ki, Silahlı Qüvvələr Türkiyə sərhədlərindən kənarda da antiterror əməliyyatını davam etdirir: "Terrorçuların yerləri təsbit olunaraq məhv edilir”.

Məlumata görə, İraqın şimalındakı Metina rayonunda keçirilən son əməliyyat nəticəsində 9 terrorçu zərəsizləşdirilib: "Əməliyyat qətiyyətlə davam edəcək”.

OXŞAR XƏBƏRLƏR