Türkiyənin müdafiə naziri Hulusi Akar dünən Liviyanın müdafiə naziri Əbdülhəmid Dibeybe ilə görüşüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, dünənki görüşdən sonra Türkiyə ilə Liviya arasında iki mühüm müqavilə imzalanıb.
Belə ki, iki ölkə naziri İstanbulda təşkil edilən "Saha Expo 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində bir araya gəliblər.
Görüşdən sonra Türkiyə Milli Müdafiə Nazirliyi daha ətraflı məlumat verib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri Liviyanın hərbi pilotlarına təlim keçəcək.
Ayşən