Türkiyə Silahlı Qüvvələrinin Suriyada ardıcıl uğurlu əməliyyatları nəticəsində küncə sıxışdırılan PKK/YPG terror təşkilatı Türk Silahlı Qüvvələrinin Tel Rıfat çölündə yerləşən bazasına xain hücum həyata keçirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, çoxlüləli raket atəşi nəticəsində 5 polis əməkdaşı və 3 əsgər yaralanıb.
Hücumdan sonra PKK/YPG terrorçularının yerləşdiyi ərazi haubitsa və reaktiv yaylım atəşinə tutulub.
Yaralı təhlükəsizlik qüvvələri hücumdan sonra bölgədən çıxarılaraq təcili yardım maşınları ilə Qaziantep və Kilisdəki xəstəxanalara aparılıb.
Mikayıl