"Türkiyə siqaretlə mübarizədə ən yaxşı ölkələrdən biridir” – ÜST

"Türkiyə siqaretlə mübarizədə ən yaxşı ölkələrdən biridir” – ÜST
DÜNYA
15:13 02.08.2023
185
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı hesabatına görə, Türkiyə siqaretlə mübarizədə ən uğurlu ölkələrdən biri seçilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, ÜST-nin hesabatında tütün məhsullarına qarşı tədbirləri ən yaxşı şəkildə həyata keçirən dörd ölkə arasında Türkiyə də önə çıxıb. Digər ölkələr isə Braziliya, Hollandiya, Mavritaniyadır.

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, dünyada siqaret istifadəsinin azaldılmasında irəliləyiş əldə edilir. Baş direktorun sözlərinə görə, 2040-cı ilə qədər siqaretsiz nəsil üçün mübarizə aparılacaq.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR