Türkiyə siyasətçilərindən Baydenin bəyanatına sərt reaksiya

Türkiyə siyasətçilərindən Baydenin bəyanatına sərt reaksiya
SİYASƏT
21:48 24.04.2021
649
"Siyasi qisas üçün tarixin təhrif olunmasının göstəricisi olan 1915-ci il hadisələrinin Bayden tərəfdən qiymətləndirməsini rədd edirik”.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay özünü tvitter səhifəsində yazıb.

"Ermənilərin irəli sürdükləri əsassız iddialara əsaslanan və erməni üsyançıları tərəfindən öldürülən türklərin əzab və acılarına məhəl qoymayan bu ifadənin millətimizin və tariximizin qarşısında heç bir dəyəri yoxdur. Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır”.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun da ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da "1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında "erməni soyqırımı” ifadəsini işlətməsinə sərt reaksiya bildirib.

"Bayden rəhbərliyinin 1915-ci il hadisələrini "soyqırım” kimi qiymətləndirməsini qətiyyətlə rədd edirik və bunu ən sərt şəkildə qınayırıq. Vaşinqton şərəfli tariximizə kölgə salmağı seçdiyindən ikitərəfli münasibətlərimiz baxımından son dərəcə uğursuz, kədərli bir gün yaşayırıq.

Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın isə bildirib ki, tarixi hadisələr tarixçilər tərəfindən öyrənilməlidir. O, qeyd edib ki, siyasi konyunkturanın dar maraqları tarixi həqiqətləri müəyyənləşdirə bilməz:

"Əslində, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, 1915 hadisələrini araşdırmaq üçün "Birgə Tarix Komissiyası”nın qurmaqla bağlı çağırış edəndə, tarixi bir mövzunu siyasət və pis niyyətli dairələrin kölgəsindən qurtarmaq istədi. Həqiqətin sənədlər vasitəsi ilə açıqlanacağından qorxanlar bu çağırışa cavab verə bilmədilər. ABŞ Prezidenti bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdı”.

"Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz. Əsla şanlı tariximizdə heç bir erməni soyqırımı olmayıb! Heç bir tarixi əsasları olmayan bu yalanı təqdim edənlər və qəbul edənlər tarixi rüsvayçılığa yol verirlər. Erməni lobbisinə yarınaraq Türkiyəyə bu böhtanı atanlara Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrini, Xirosima və Naqasakidə atdıqları atom bombası ilə kəsdikləri nəsilləri, Amerikada qırmızı dərililərin tək-tək yox edildiyini xatırlatmaq istəyirik.

Erməni terror təşkilatı ASALA-nın ABŞ-da Los Ancelesdə Baş konsulumuz Mehmet Baydarı 1973-cü ildə necə qətlə yetirdiklərini və digər qətliamlarını unutmadıq”-deyə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş özünü tvitter səhifəsində bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək